“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində seminar keçirilmişdir | Təhsil Elanları
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində seminar keçirilmişdir
Bölmə:Dövlət qulluğu 748 dəfə oxunub
12.04.2017

11 Aprel 2017-ci il tarixində Azərbaycan tərəfindən Dövlət İmtahan Mərkəzi və Litva Respublikasının Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi arasında həyata keçirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsi çərçivəsində seminar keçirilmişdir. Seminarda layihənin birinci kompenenti olan və onun digər komponentlərinin həyata keçrilməsi üçün özək rolunu oynayan “Dövlət qulluğu vəzifələrinin qruplaşdırılması” mövzusu müzakirə olunmuşdur.

dq2.jpg

Seminarda litvalı ekspertlər qabaqcıl ölkələrin dövlət qulluğu vəzifələrinin qruplaşdırılması üzrə müqayisəli təcrübənin analizini təqdim etmiş, həmçinin Azərbaycanın dövlət qulluğu sistemində vəzifələrin təsnifatı üzrə öz təkliflərini vermişlər.

Müzakirələrdə İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Dəniz Administrasiyası, Şəhərsalma və Arxitektura Komitəsi, ASAN Xidmət Agentliyi və Dövlət İmtahan Mərkəzinin insan resursları üzrə əməkdaşları iştirak etmişdir. Sonda qərara alınmışdır ki, Layihənin “dövlət qulluğu vəzifələrinin qruplaşdırılması” üzrə komponenti əyani olaraq üç dövlət qurumunda pilot layihə şəklində həyata keçirilsin.