İmtahanların ödənişli olması ərizə verənlərin sayını azaltdı | Təhsil Elanları
İmtahanların ödənişli olması ərizə verənlərin sayını azaltdı
Bölmə:Xəbərlər 1616 dəfə oxunub
08.04.2017

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib.

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına və rezidenturaya, ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizə qəbulu, dövlət qulluğuna qəbulla bağlı mövcud vəziyyət və digər cari məsələlər müzakirə olunub .

Şura üzvləri ilkin olaraq DİM-in internet saytına daxil olub, elektron ərizə qəbulu səhifəsində  real vaxt rejimində dəyişən statistik məlumatlarla tanış olublar.

Qeyd olunub ki, tətbiq olunan proqram təminatı kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələrinə imkan verir ki, günün istənilən vaxtı ərizə qəbulunun gedişatı haqqında məlumat əldə edə bilsinlər.

Daha sonra Şura üzvlərinə magistratura və rezidenturaya ərizə qəbulunun başa çatması, ötən illə müqayisədə magistraturaya ərizə verənlərin sayının nisbətən azalması haqqında məlumat verilib.

Bildirilib ki, bu il rezidenturaya qəbul olmaq üçün müraciət edənlərin sayı isə cüzi azalıb.

İclas iştirakçılarının diqqətinə 2016-cı və 2017-ci illərdə ərizə vermiş namizədlər barədə müqayisəli statistik məlumatlar təqdim olunub. Şura üzvləri məsələ ətrafında müzakirə apararkən qeyd ediblər ki, şübhəsiz  imtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olan amillərdən biridir. Lakin eyni zamanda bildirilib ki, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ (2 manat) simvolik idi  və buna görə də namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdilər. Ötən il magistraturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlardan 1695 nəfəri imtahana gəlməyib. İmtahanın ikinci mərhələsində isə tələb olunan müsabiqə şərtlərini ödəyən və imtahanda iştirak etmək hüququ olanların sayı 9061 nəfər olub. Onlardan da 432 nəfəri imtahanın ikinci mərhələsinə gəlməyib. Beləliklə, ötən il qeydiyyatdan keçmiş 24110 bakalavrdan cəmi 8629 nəfəri imtahanın ikinci mərhələsində iştirak edib.

Qeyd olunanlara əsasən, bu il daha bilikli, öz potensialına güvənən, magistratura səviyyəsində təhsilini davam etdirmək üçün aydın məqsədi və istəyi olan namizədlərin ərizə qəbulunda iştirakı gözlənilirdi və bu qeydiyyatdan keçənlərin sayının ötən ilə nisbətən az olmasını şərtləndirən əsas amillərdəndir.

Magistraturaya qəbul olan oğlanlara təhsil müddətində hərbi möhlət hüququnun verilməsi amili bu il magistraturaya ərizə verənlərin arasında oğlanların sayının (faiz nisbətində) çoxalmasına səbəb olduğu vurğulanmışdır.    

Dövlət qulluğuna qəbulla əlaqədar mövcud vəziyyət barədə çıxış edən DİM Direktorlar Şurasının sədr müavini B.Xəlilov qeyd edib ki, dövlət qulluğu sahəsində müəyyən normativ-hüquqi aktların təsdiqi bizdən asılı olmayan səbəblərdən gecikir. Ona görə də, dövlət orqanlarından mütamadi olaraq vakansiyalar barədə məlumatlar daxil olmasına baxmayaraq dövlət qulluğuna qəbul prosedurlarını lahiyələndirmək və həyata keçirmək hələlik