Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək | Təhsil Elanları
Bu il 70 min abituriyent qəbul imtahanında ödənişsiz iştirak edəcək
Bölmə:Tələbə qəbulu 717 dəfə oxunub
28.02.2017

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər” haqqında Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncam təxminən 70 min gənci əhatə edəcək”.

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, kolleclərə, ya da ali məktəblərə qəbul imtahanında iştirak üçün lazım olan məbləğ dövlət tərəfindən ödəniləcək: “Mən 70 min rəqəmini 2016-cı ilin rəqəmlərinə əsasən səsləndirirəm. Bu rəqəm azala da, çoxala da bilər”.