Nazir yeni universitetlə bağlı - Əmr verdi | Təhsil Elanları
Nazir yeni universitetlə bağlı - Əmr verdi
Bölmə:Xəbərlər 1527 dəfə oxunub
24.02.2017

Təhsil naziri Mikayıl Cabbarov Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektor əvəzi təyin olunması ilə bağlı əmr imzalayıb.

Tehsil.im Lent.az-a istinadən xəbər verir ki, əmrə əsasən, Havar Məmmədov təhsil nazirinin müvafiq əmri ilə ali məktəbin rektor əvəzi vəzifəsini icra edir.

Xatırladaq ki, Havar Məmmədov bundan əvvəl fəaliyyəti dayandırılan Qafqaz Universitetinin rektoru olub.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinə rektor əvəzi vəzifəsinin icrası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlova tapşırılmışdı.