IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək | Təhsil Elanları
IX siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək
Bölmə:Xəbərlər 732 dəfə oxunub
22.02.2017

Martın 5-də keçiriləcək 9-cu sinif üzrə buraxılış imtahanının I mərhələsində iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Tehsil.im-ə verilən məlumata görə, martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

 http://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir.

Bildirək ki, şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı buradan yükləmək olar.