Kassir vəzifəsinə müsabiqə -Azərbaycan Beynəlxalq Bankı | Təhsil Elanları
Kassir vəzifəsinə müsabiqə -Azərbaycan Beynəlxalq Bankı
Bölmə:İş Elanları 3542 dəfə oxunub
19.02.2017

Minimum tələblər:

Təhsil: Ali iqtisadi
Bank sahəsində iş təcrübəsi: 2 ildən başlayaraq
Bilməlidir: «Banklar haqqında» Azərbaycan Respublikasının QanunuMərkəzi Bankın “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları“
Kompüter bilikləri: Microsoft Office (Word, Excel)Bank işi üzrə proqram təminatları. Flexcube proqram təminatı ilə işləmək bacarığı olanlara üstünlük verilir.
Fərdi keyfiyyətlər: Ünsiyyət qurmaq və komandada işləmək bacarığı, punktuallıq, yüksək səviyyədə dəqiqlik və diqqətlilik
Dil bilikləri: Azərbaycan dili – mükəmməlRus dili – orta
Əmək haqqı: Struktur bölmədən asılı olaraq 500 AZN-dən başlayaraq

Vəzifə öhdəlikləri:

  • Nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi üzrə əməliyyatları yerinə yetirmək, müəyyən olunmuş qaydada gündəlik əməliyyatların uçotunu və üzləşdirilməsini aparmaq. Mədaxil (gündüz və axşam), məxaric, mədaxil-məxaric kassalarının işini aparmaq
  • Mədaxil elanını  günün sənədlərinə tikmək, elanın qəbz hissəsini müştəriyə, order hissəsini isə filialın məsul icraçısına qaytarmaq, Mədaxil kassa jurnalına qeyd etmək
  •  Məxaric əməliyyatları üzrə arayış tərtib etmək, imzalamaq və məxaric kassa jurnalı ilə üzləşdirmək
  • Məxaric sənədlərini, tərtib edilmiş arayışı uçot kitabını imzalamaqla baş xəzinədara təhvil vermək
  • Nağd pulu saymaq, dövriyyəyə yararsız əskinasların ayırmaq, əskinasları nominal üzrə ayırmaq
  • Aşkar edilmiş dövriyyəyə yararsız nağd pul və digər qiymətlilərin dövriyyədən çıxarılması və dəyişdirilməsi üçün müvafiq tədbirlər görmək
  • Saxta əskinaslar aşkar edildikdə, bu barədə akt tərtib etmək və müvafiq tədbirlərin görülməsi üçün baş xəzinədarı məlumatlandırmaq
  • PL/TMM sahəsində eyniləşdirmə və verifikasiya tədbirlərinin, habelə şübhəli əməliyyatların aşkarlanması üçün müvafiq tədbirləri həyata keçirilmə
  • Bankomatlarla iş aparmaq: nağd pul yükləmək və boşaltmaq, yüklənmiş və boşaldılmış nağd pulun uçotunu aparmaq
  • Pul köçürmə sistemləri üzrə pul vəsaitlərinin göndərilməsi və verilməsi zamanı müştərilərə müvafiq prosedurlar əsasında kassa xidmətləri göstərmək
  • Müvafiq prosedurlar əsasında müştərilərə valyuta mübadilə xidmətləri göstərmək
  • POS-terminal vasitəsilə müştərilərə nağd pulun verilməsi üzrə xidmətlər göstərmək
  • Müvafiq prosedurlar əsasında müştərilərə çek kitabçalarını vermək
  • Məxfilik və təhlükəsizlik tələblərinə riayət etmək.

Müsabiqədə iştirak etmək istəyən namizəd Ərizə forması (anket) formasını 01 Mart 2017- ci il tarixinədək doldurub cv@ibar.az e-mail ünvanına göndərməlidirlər.