“Dövlət qulluğuna qəbulda prosedurlar sadələşdirilməlidir” – Məleykə Abbaszadə | Təhsil Elanları
“Dövlət qulluğuna qəbulda prosedurlar sadələşdirilməlidir” – Məleykə Abbaszadə
Bölmə:Dövlət qulluğu 451 dəfə oxunub
14.02.2017

“Əvvəllər insanlar daha çox yüksək məvacibi olan sektora üz tuturdular. Dövlət qulluğunda məvacib yüksək omadığından həmin sahələrə maraq göstərmirdirlər. Lakin son bir neçə ildə bu sahədə şəffaflığın, eləcə də bu işin nüfuzunun artması dövlət qulluğuna gəlmək istəyənlərin sayının artmasına zəmin yaradıb”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul prosesində prosedurlar sadələşməli və çeviklik təmin edilməlidir: “Bu istiqamətdə ölkədə mühüm işlər həyata keçiriləcək. Hazırda qəbul zamanı şəffaflığı təmin etmək üçün müvafiq mühit yaratmışıq. Proses davam etməlidir. Bütün mərhələlərdə vətəndaş məmur əlaqələri minimuma endirilib. Dövlət qulluğuna qəbul sistemində bütün vətəndaşların vəziyyəti nəzərə alınmalıdır”.
M.Abbaszadə əlavə edib ki, sovet dövründə təhsilin məzmunu müasir tələblərə cavab vermirdi: “Ona görə də gənclər əmək bazarına daxil olandan sonra müxtəlif dil və kompüter kurslarına müraciət edirdilər. Bu istiqamətdə son illərdə çox ciddi islahatlar aparılıb. Yeni ali məktəblər yaradılıb. Bu universitetlər təhsilin məzmununun müasir standratlara cavab verməsinə ümid verir. Təcrübəsi olan insanlar yeni ixtisasları mənimsəmək üçün ixtisasartırmaya müraciət edirlər. Burada təlim proqramlarının və prosesin müasir tələblərə cavab verməsi və standartlara uyğunluğu vacib məsələdir”.