MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASInda Vakansiya! | Təhsil Elanları
MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASInda Vakansiya!
Bölmə:İş Elanları 2337 dəfə oxunub
10.02.2017

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İnsan resursları üzrə aparıcı mütəxəssis vəsifəsinə işçi axtarır. Maraqlanan namizədlər CV.lərini hr@fmsa.az ünvanına göndərə bilərlər.

İnsan resursları üzrə aparıcı mütəxəssis

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

1. Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);

2. İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;

3. Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;

4. Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;

5. Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);

6. Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

1. Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin  hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin  edir;

2. Palatada əməkdaşlarının təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini  həyata keçirir;

3. Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və  təhsil prosesinin təşkilini  həyata keçirir;

4. Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;

5. Tədrisin  effektivliyinin müxtəlif  formalarla  analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;

6. Palatada yeni işə qəbul edilən işçilərin  adaptasiyası prosesini  təşkil edir;

7. Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin  bu sahədə qabaqcıl təcrübəsini öyrənir;