Magistratura səviyyəsində yeni ixtisaslar olacaq | Təhsil Elanları
Magistratura səviyyəsində yeni ixtisaslar olacaq
Bölmə:Magistratura 1955 dəfə oxunub
09.02.2017

Azərbaycanda magistratura səviyyəsində yeni ixtisaslar olacaq.

Tehsil.im-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib. Dəyişikliklə, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na İdman jurnalistikası və İdman tibbi və reabilitasiya ixtisasları əlavə olunub.

Belə ki, bundan sonra magistratura səviyyəsində İdman jurnalistikası ixtisası və İdman tibbi və reabilitasiya ixtisası da tədris olunacaq.

İndiyədək magistratura səviyyəsində jurnalistika sahəsi üzrə "Radiotelejurnalistika", "Beynəlxalq jurnalistika", "Mətbuat tarixi", "Jurnalistika nəzəriyyəsi", "Publisistik jurnalistika" ixtisasları tədris olunur. Bədən tərbiyəsi və idman sahəsi üzrə isə "Fiziki tərbiyə nəzəriyyəsi və metodikası" "İdman məşqinin nəzəriyyəsi və metodikası"və "Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya" ixtisası tədris olunurdu.

Dəyişikliklə magistra pilləsində tədris olunan Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya ixtisasının adı dəyişib. Belə ki, həmin ixtisas bundan sonra Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat adlanacaq.