Şaxtalı hava ilə əlaqədar orta məktəblər bağlanacaqmı? - RƏSMİ
Bölmə:Xəbərlər 1118 dəfə oxunub
Bölmə:Xəbərlər 1118 dəfə oxunub
31.01.2017
Ölkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
C. Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib.