UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib – FOTOLAR | Təhsil Elanları
UNEC-də “Strateji Yol Xəritəsi” müzakirə edilib – FOTOLAR
Bölmə:Xəbərlər 599 dəfə oxunub
19.01.2017

UNEC-in İqtisadiyyat fakültəsində “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda elmi-seminar keçirilib.
Fakültə nəzdində fəaliyyət göstərən kafedraların professor-müəllim heyətinin iştirak etdiyi seminarda dekan, dosent Asiman Quliyev ölkədə təhsil sektorunda ciddi islahatlar həyata keçirildiyini bildirib. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nın qəbul edilməsi bu sahədə mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək.

seminar 3Seminarda “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının baş müəllimi, iqtisad elmləri namizədi İsmayıl İsmayılov “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə dair məruzə ilə çıxış edb. O, qeyd edib ki, müasir postindustrial cəmiyyətdə elmi-texniki inqilab nəticəsində bilavasitə məhsuldar qüvvəyə çevrilən elm həm cəmiyyətin, həm də iqtisadiyyatın inkişafında başlıca rol oynayır. Bu da əmək bazarında yüksəkixtisaslı kadrlara tələbatı artırır, ixtisaslı və az ixtisazsız işçilərin məşğulluğunun təmin olunmasını çətinləşdirir.

Ona görə də sözügedən sənəddə göstərilən məsələlərin həlli, qarşıya qoyulan hədəflərin reallaşdırılması yalnız dövlətin deyil, eləcə də bütün iqtisadi subyektlərin maraq dairəsində olan məsələdir. İ.İsmayılov qeyd edib ki, peşəkar kadrların hazırlanması əsasən, texniki peşə məktəblərində, liseylərdə həyata keçrildiyindən, Yol Xəritəsində də əsas diqqət bu sahənin inkişafına yönəldilib.

Ölkədə peşə təhsilində olan problemlərdən danışan İ.İsmayılov eyni zamanda Yol Xəritəsində ölkədə peşə təhsilinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, bunların reallaşdırılması halında gözlənilən nəticələri barədə məlumat verib. Dünya təcrübəsindən nümunələr gətirməklə, mühüm sənədin əhəmiyyətini vurğulayıb.

“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti Sevinc Bayramova isə peşə məktəblərində və liseylərdə müxtəlif ixtisaslar üzrə kadr hazırlığınn standartlarının yüksəldilməsinin vacibliyindən danışıb.

Sənəddə bu sahədə həyata keçirilməsi nəzrdə tutulan tədbirlərin əmək bazarına təsirlərindən danışıb.

1-DSC_0017-2-430x320 (1)“Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, professor Tofiq Quliyev peşə təhsilinin səmərəliliyinin yüksəldilməsi üçün problemlərin dəqiq müəyyən edilməsinin və bu sahədə kompleks işlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Professor “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin bu baxından cox əhəmiyyətli bir sənəd olduğunu bildirib.

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda təşkil edilən növbəti elmi seminarda fakültə dekani A.Quliyev 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi və bu məqsədlə yaşayış binalarının və müvafiq sosial infrastrukturun – məktəb, xəstəxana və s. tikilməsində Mənzil İnşaatı Dövlət Agentliyinin mövqeyinin gücləndirilməsi, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışda isə rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı ilə bağlı çatışmazlıqların aradan qaldırılmasının nəzərdə tutulduğunu vurğulayıb.

1-DSC_0018-1-430x320Seminarda “Qiymət və qiymətləndirmə” kafedrasinin dosentləri Q.Bayramov və B.Sadıqov çıxış ediblər. Sonra məruzəçilərinin çıxışı ətrafında fikir mübadiləsi aparılıb. Məruzəçilər seminar iştirakçılarının suallarını cavablandırıblar.

Sonda seminara sədrlik edən fakültə dekanı A.Quliyev bildirib ki, Strateji Yol Xəritəsinin ayrı-ayrı bölmələrinin öyrənilməsi bundan sonra keçiriləcək seminarlarda davam etdiriləcək.
1-DSC_0001-430x320
seminar1
seminar 7
1-DSC_0018-1-430x320