IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq | Təhsil Elanları
IX və XI siniflər üzrə buraxılış imtahanları ödənişsiz olacaq
Bölmə:Tələbə qəbulu 574 dəfə oxunub
18.01.2017

“Tam orta təhsil (XI sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilməyib”. APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Afiqə Batıyeva IX və XI sinif üzrə buraxılış imtahanları zamanı tətbiq olunacaq yeni qaydalara həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, XI sinif üzrə I mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıq tipli, 10 qapalı tipli, Riyaziyyat fənnindən 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək: “Bundan başqa, şagirdlər I mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllük əsasında esse yazmalıdırlar. II mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test təqdim edilir”.

A.Batıyeva qeyd edib ki, IX və XI siniflər üzrə buraxılış imtahanlarının keçirilməsi dövlət büdcəsindən maliyyələşdirilir və təhsil alanlar üçün ödənişsizdir.