VAKANSIYA! OFIS MENECER! | Təhsil Elanları
VAKANSIYA! OFIS MENECER!
Bölmə:İş Elanları 2338 dəfə oxunub
15.01.2017

Yeni yaranmış şirkətlərdən birinə ofis menecer vakansiyasına xanım namizədlər tələb olunur.

Əsas vəzifə öhdəlikləri:
• Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılmasını təmin etmək;
• Müəssisənin, şöbələrin fəaliyyətinə aid olan sənədləri sinifləşdirmək və sistemləşdirmək;
• Kuryer vasitəsi və ya poçtla göndərilən sənədlərin çatdırılması və izlənilməsinin nəticəsi ilə bağlı qeydiyyat aparmaq;
• Kənar təşkilatlara, müəssisələrə göndərilən sənədlərin tərtib və hazırlanmasında verilən göstərişlərə əsasən məktubları cavablandırmaq, e-mailləri cavablanndırmaq;
• Müəssisəyə daxil olmuş və göndərilən məktubların, arayışların uçotunu apararaq cari arxivin sənədlərini sistemləşdirmək və mühafizəsini təmin etmək; 
• Əməkdaşların müəssisədə olmasının faktiki vaxtınıın və davamiyyətinə nəzarəti məqsədi ilə hesabatları hazırlayaraq tabe olduğu səlahiyyətli şəxsə təqdim etmək;
• Daxil olan telefon zənglərinin cavablandırılması, aidiyyəti şəxslərə yönləndirmək, faksların göndərilməsi, müştərilərə şirkətin məhsulları haqqında məlumatı vermək;
• Müəssisəyə gələn qonaqları qarşılamaq və aidiyyəti şəxslərə yönləndirmək;
• Müəssisənin cari təsərrüfat fəaliyyəti ilə bağlı işləri görmək;
Sumqayıt şəhər sakinlərinə üstünlük veriləcək.
ƏM üzrə rəsmiləşdirmə.
Maraqlı şəxslər mövzu yerinə "Ofis menecer Tehsil.im" qeyd edərək öz CV-lərini gunel.i@technol.az mail ünvanına göndərə bilərlər.