Nazirlik sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib | Təhsil Elanları
Nazirlik sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib
Bölmə:Təhsil Nazirliyi 3457 dəfə oxunub
07.01.2017

Təhsil Nazilriyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Tehsil.im xəbər verir ki,Nazirlikdən Apa-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan xəbərlər həqiqətə uyğun deyil: «Ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur. Bununla belə, I-IX siniflərdə tədris olunan «Həyat bilgisi» fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən Həyati bacarıqlara əsaslanan təhsil kursunun tədrisi II yarımildən dayandırılıb.