Bölmə:Təqaüdlər 2416 dəfə oxunub
Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı
Müraciət tarixi: 09.01.2017-dək
Təqdim edən tərəf: Rusiya Federasiyası
Qarşılanan xərclər (Rusiya Federasiyası tərəfindən):
• ödənişsiz təhsil;
• aylıq təqaüd.
QEYD: Təhsil yerinə gediş-gəliş xərcləri, tibbi sığorta, universitet yataqxanasında yaşayış tələbələrin özləri tərəfindən qarşılanır.
Müraciət forması: namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır.
Qeydiyyat başa çatdıqdan sonra I mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcəkdir. I mərhələdən uğurla keçmiş namizədlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq.
Ali təhsil müəssisələri: Universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф
Əlaqə vasitələri: riccabiturient@yandex.ru,
iş günləri, saat: 11:00-13:00 aralığında
tel:+994 12 496 45 00 (Пономарёва Юлия Валерьевна),
bununla yanaşı russia.admissions@edu.gov.az