“PAŞA Sığorta” ASC-də işləmək imkanı - VAKANSİYA | Təhsil Elanları
“PAŞA Sığorta” ASC-də işləmək imkanı - VAKANSİYA
Bölmə:İş Elanları 4252 dəfə oxunub
04.01.2017

“PAŞA Sığorta” ASC namizədləri Korporativ maliyyə üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

  • Aylıq korporativ hesabatların o cümlədən, elektron hesabatların və digər şirkətdaxili hesabatların və Şirkətin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə illik maliyyə hesabatlarının hazırlanması zamanı məlumatların dəqiqliyinə fokuslanır, onların toplanması və ilkin təhlilini aparır;
  • Aylıq əsasda büdcənin icrasına nəzarət və bu istiqamətdə müqayisə və təhlillərin aparılmasında və müvafiq təqdimatın hazırlanmasında iştirak edir;
  • Büdcələmə prosesində departamentlər tərəfindən təqdim olunan məlumatların dəqiqliyinin, düzgünlüyünün və tamlığının təhlil olunmasında və son məlumatları konsolidə etməkdə iştirak edir;
  • Departamentlərə müxtəlif planlama və proqnoz işləri üçün zəruriyyət yarandıqda məlumat dəstəyi göstərir;
  • Büdcənin icrası haqqında məlumat toplayır və müvafiq hesabatın hazırlanmasında iştirak edir;
  • Fəaliyyəti çərçivəsində təkrar xərclərin qarşısını alır və xərclərin azaldılması istiqamətində alternativ təşəbbüslər irəli sürür;
  • Tələbnamə formalarının qeydiyyatını və büdcə ilə üzləşməsini aparır;
  • Büdcə modulu operatoru işlərini aparır;
  • Kənar auditorların məlumat təminatında iştirak edir;
  • Büdcə və hesabat proseslərinin təkmilləşdirilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürür;
  • Sənədlərin və ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyini qoruyur;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.

Bilik və bacarıqlar:

  • Maliyyə istiqamətində ali təhsil;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
  • MS Office ilə qabaqcıl istifadə bacarıqları;
  • Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi.

Son müraciət tarixi: 15 Yanvar, 2017.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.