Maliyyə analitiki | Təhsil Elanları
Maliyyə analitiki
Bölmə:İş Elanları 480 dəfə oxunub
04.01.2017

PASHA Holding İnvestisiya və layihələr departamenti daxilində maliyyə analitiki vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

* Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün tövhə vermək;
* Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
* Investisiya əməliyyatlarının monitorinqində iştirak etmək; 
* Daxili və xarici müştərilər ilə təmasda olmaq və biznes əlaqələrini qoruyub saxlamaq;
* İnvestisiya memorandumlarının hazırlanmasında kömək etmək;
* İnvestisiya Komitəsinin görüşləri üçün mövcud və potensial investisiyalara dair prezentasiyaların hazırlanması;
* Bizneslərin və şirkətlərin qiymətləndirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

* Maliyyə/Biznesın idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
* CFA Səviyyə 1 sertifikatı üstünlükdür;
* Minimum 2 il peşəkar təcrübə, bunlardan 1 il müvafiq sahədə; * Maliyyə hesabatların təhlili, Şirkətin qiymətləndirilməsi bacarıqları; * Analitik və strateji baxış bacarıqları; 
* Yüksək şəxsi keyfiyyətlər; 
* Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqda ekspert bilikləri;
* Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
* Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
* Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin ("due diligence") aparılması bacarığı;
* Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
* Ofis proqramlarının (Excel, PowerPoint, Word)

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

* CV recruitment@pasha-holding.az ünvanına göndərilməlidir;
* Mövzu sətrində "Maliyyə analitiki" qeyd olunmalıdır;
* CV-lər 30 dekabr, 2016-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar