Təlim və İnkişaf üzrə menecer
Bölmə:İş Elanları 296 dəfə oxunub
04.01.2017

PASHA Holding Təlim və İnkişaf üzrə meneceri vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

  • Təlim planı daxilində yerli hədəf auditoriyaları üçün təlim ehtiyacları analizinin
    hazırlanması;
  • Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • Təlim və inkişaf proqramlarının işlənib hazırlanması və genişləndirilməsi;
  • Əməkdaşların səmərəli giriş təlimatı proqramlarının təşkil edilməsində dəstəyin
    göstərilməsi;
  • Şirkətdaxili və xarici təlimlərin təşkil olunması;
  • Menecerlər ilə müzakirələr və sorğu anketləri vasitəsi ilə təlim proqresinin monitorinq
    və təhlili;
  • Müxtəlif multimedia cihazlarından istifadə, e-təhsil və s. kimi vasitələr ilə tədris
    mərkəzlərindən kənarda təlim prosesinin qurulmasına (müəyyən edilməsinə) və yeni
    təlim imkanlarının yaradılmasına dəstəyin verilməsi;
  • Çoxpilləli qiymətləndirmə sisteminin yaradılması və tətbiqi vasitəsilə əməkdaşların işinə
    treyninqin verdiyi töfhənin qiymətləndirilməsi;
  • Təlimlərin idarəedilməsi sisteminin (LMS) dəstəklənməsində yardım;
  • Ehtiyac yarandıqda müxtəlif məsələlər ilə bağlı layihələrdə aktiv iştirak;
  • Nəticələrin əldə edilməsi üçün qərarların qəbulu zamanı üsul və texnikanın seçilməsi,
    eyni zamanda qiymətləndirmə meyarlarının tətbiq edilməsi;
  • Treyninq təchizatçıları ilə, departament direktorları ilə və s. ünsiyyət qurmaq;
  • İşçilərin treyninqlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədi ilə güclü
    kommunikasiya strategiyasının qurulması.

 

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • İnsan resurslarının idarəedilməsi üzrə və ya ona uyğun sahə üzrə bakalavr dərəcəsi;
  • Təlim və inkişaf sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
  • İR sahəsində kvalifikasiyanın olması üstünlükdür;
  • Daxili treyninq mərkəzi konsepsiyasının anlayışı;
  • Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;
  • Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı
    və şifahi ünsiyyət qabiliyyəti;
  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
  • Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
  • Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV recruitment@pasha-holding.azünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Qrup üzrə Təlim və İnkişaf meneceri ” qeyd olunmalıdır;
  • CV-lər 19 yanvar, 2017-cı il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV
seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə