Bölmə:İş Elanları 1365 dəfə oxunub
“Kaspi” təhsil şirkəti azərbaycan və rus bölmələri üzrə aşağıdakı istiqamətlərdə Kaspi Təcrübə Proqramını elan edir:
Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, İngilis dili, Rus dili, Kimya, Fizika, Biologiya, Tarix, Coğrafiya, Məktəbəqədər təhsil, İbtidai sinif müəllimi.
Tələb olunan bilik və bacarıqlar:
♦ Peşəsinə yüksək motivasiya ilə yanaşma;
♦ Fərdi və komandada işləmək bacarığı;
♦ Yüksək çalışmaq və öyrətmək həvəsi;
Minimum vakansiya tələbləri:
Təhsil səviyyəsi: bakalavriatura pilləsinin 4-cü kurs tələbələri, magistratura pilləsinin 1 və 2-ci kurs tələbələri, 2015 və 2016-cı ilin məzunları.
Vəzifə öhdəlikləri:
♦ Dərs materiallarının hazırlanmasında köməklik göstərmək;
♦ Şagirdlərlə dərsdənkənar əlavə məşğələlər keçirmək;
♦ Açıq dərslər hazırlamaq və təqdim etmək;
♦ Qiymətləndirmə materiallarının sistemləşdirilməsinə köməklik göstərmək;
♦ Dərslərdə müşahidəçi qismində iştirak etmək.
İş yeri: Kaspi liseyləri, Kaspi bağçaları, Kaspi təhsil mərkəzləri
Yerləşdiyi ərazi: Bakı
Elan tarixi: 22 Dekabr 2016-cı il
Son tarix: 8 Yanvar 2017-ci il
İş saatları: 9:00-13:00 və ya 13:00-17:00 (Tələbənin dərs növbəsindən asılı olaraq)
Müddəti: 3 (üç) ay
Tərəfimizdən ödənilir: Nahar və yol xərcləri
Təcrübə proqramının sonunda tələbələr (məzunlar) “Kaspi” Təhsil Şirkəti tərəfindən sertifikatla təmin olunacaqlar.
Təcrübə proqramını uğurla bitirən tələbələr işlə təmin olunma imkanı əldə edəcəklər.
Qeyd: Namizədlər onlayn müraciət formasında iddia etdiyi vəzifə bölməsindən Təcrübəçi vəzifəsini seçməklə müraciət edə bilərlər.
Maraqlananlar veb səhifədə (http://www.kaspi.edu.az/site/index) karyera bölməsində göstərilən onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər.