Kaspi Təhsil Mərkəzində Vakansiyalar! | Təhsil Elanları
Kaspi Təhsil Mərkəzində Vakansiyalar!
Bölmə:İş Elanları 4543 dəfə oxunub
04.01.2017

Vakansiya 1:

Kaspi Kids 2017-ci ildən fəaliyyətə başlayacaq Bayıl filialı üçün məktəbəqədər müəllim və köməkçi müəllim (Azərbaycan və rus bölmələri) üzrə aşağıdakı istiqamətdə vakansiya elan edir.

Tələb olunan bilik və bacarıqlar:

- Peşəsinə yüksək motivasiya ilə yanaşma;

- Liderlik qabiliyyəti;

- Fərdi və komandada işləmək bacarığı;

- Yüksək çalışmaq və öyrətmək həvəsi;

- Sinfin idarə edilməsi bacarığı;

- Azyaşlı uşaqlar və valideynlərlə çalışmaq qabiliyyəti;

- Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

Minimum vakansiya tələbləri:

- Məktəbəqədər təhsil üzrə minimum bakalavriatura təhsili;

- Uşaq və ya şagirdlər ilə iş təcrübəsi, pedaqoji təcrübə;

Vəzifə və funksiyalar:

 - Məktəbəqədər hazırlıq biliklərinin proqram üzrə və interaktiv metodlarla təşkili və tədrisi;

- Aylıq tədris planının müxtəlif yaş qrupları üçün hazırlanması;

- Həftəlik dərs və sinif tapşırıqlarının hazırlanması;

- Həftəsonları uşaqların bilik səviyyəsinin yoxlanılması;

- Fərdi və qrup şəkildə intellektual oyunların təşkili;

- Metodist və baş müəllimin verdiyi tapşırıqların yerinə yetirilməsi;

- Proqramın müntəzəm olaraq təqib olunması və bununla bağlı hesabatların rəhbərliyə təqdim olunması;

- Rəhbərliyə mütəmadi olaraq uşaqların göstəriciləri və davamlı inkişafı ilə bağlı məlumatların verilməsi;

- Valideynlər ilə iş, valideynlərə nəticələr ilə bağlı daima məlumatların  verilməsi.

“Kaspi” təhsil şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

- Fərdi inkişaf imkanları;

- Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;

- Mehriban və dəstəkləyici işçi heyətilə işləmək imkanı;

- Yeni təklif və ideaları irəli sürmək və reallaşdırmaq fürsəti.

Elan tarixi: 26 Dekabr 2016

Son müraciət tarixi:  10 Yanvar 2016

İş yeri: Kaspi Bayıl (Ünvan: Səbail r. Yeni Salyan yolu 22)

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər. 


Vakansiya 2:

Kaspi Polyglot 2017-ci ildən fəaliyyətə başlayacaq Bayıl filialı üçün ingilis dili müəllimi üzrə (Azərbaycan və rus bölmələri) vakansiya elan edir.

 

Tələb olunan bilik və bacarıqlar:

- Peşəsinə yüksək motivasiya ilə yanaşma;

- Liderlik qabiliyyəti;

- Fərdi və komandada işləmək bacarığı;

- Yüksək çalışmaq və öyrətmək həvəsi;

- Sinfin idarə edilməsi bacarığı;

- Şagird və valideynlərlə çalışmaq qabiliyyəti;

- Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı;

- Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 

Minimum vakansiya tələbləri

- Müvafiq sahə üzrə bakalavriatura dərəcəsi;

- Sahə üzrə ən azı 3 il pedaqoji təcrübə;

- Magistratura dərəcəsi olanlara və xaricdə təhsil alanlara üstünlük verilir.

 

“Kaspi” təhsil şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

- Rəqabətə davamlı əmək haqqı;

- Fərdi inkişaf imkanları;

- Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;

- Mehriban və dəstəkləyici işçi heyətilə işləmək imkanı;

- Yeni təklif və ideaları irəli sürmək və reallaşdırmaq fürsəti.

 

İş saatları: Dərs cədvəllərindən asılı olaraq

İş yeri: Kaspi Bayıl (Ünvan: Səbail r. Yeni Salyan yolu 22)

Elan tarixi: 27 Dekabr 2016

Son müraciət tarixi: 10 Yanvar 2017

Maraqlananlar onlayn müraciət formasını dolduraraq müraciət edə bilərlər. 

MÜRACİƏT ET

Ərizə formaları ilkin baxışdan keçən namizədlər imtahan və müsahibədən ibarət olan müsabiqəyə dəvət olunacaqlar.