“SABAH” qruplarının tələbələri Tbilisidə keçirilən forumda layihələrini təqdim ediblər | Təhsil Elanları
“SABAH” qruplarının tələbələri Tbilisidə keçirilən forumda layihələrini təqdim ediblər
Bölmə:Xəbərlər 422 dəfə oxunub
27.12.2016

Bakı Dövlət Universiteti (BDU) “SABAH” qruplarının kompüter elmləri ixtisasında təhsil alan tələbələri Ülvi Şükürzadə və Ağababa Bağırov Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Global Seed Forumda “OCTO Bot” layihəsi ilə ölkəmizi təmsil ediblər.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, Global Seed Foruma 30-dan artıq layihə təqdim edilib, 12 komanda online dəyərləndirmə ilə finala keçib. Finalçılar arasında BDU-nun “SABAH” qrupları tələbələri də təmsil olunublar.

Final turunda BDU-nun tələbələri öz layihələrini təqdim ediblər.