UNEC-in yaşıllıq zolağı salınıb - FOTOLAR | Təhsil Elanları
UNEC-in yaşıllıq zolağı salınıb - FOTOLAR
Bölmə:Xəbərlər 518 dəfə oxunub
24.12.2016

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib. Universitetin professor-müəllim heyəti Badamdar qəsəbəsi ərazisində yerləşən 2 hektar sahədə salınan yaşılıq zolağında 1500-dən artıq həmişəyaşıl tinglər əkiblər. UNEC kollektivi ərazinin qorunması və genişləndirilməsini həyata keçirmək niyyətindədir.

Məqsəd ölkədə həyata keçirilən ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsi kimi layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərməkdir.

UNEC əməkdaşları və tələbləri gələcəkdə də genişmiqyaslı ağacəkmə kompaniyasında aktiv iştirak edəcəklər.
1-DSC_48551-DSC_49751-DSC_47031-DSC_46211-DSC_5006