Bölmə:Xəbərlər 1201 dəfə oxunub
Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs və Azərbaycan Texnologiya Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Tehsil.im xəbər verir ki, Dövlət Agentliyinin inzibati binasında keçirilən tədbirdə Əməkdaşlıq Memorondumu Azərbaycan Texnologiya Universitetinin rektoru, t.e.d prof. Akif Süleymanov və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev tərəfindən imzalanıb.
Memoronduma əsasən, ATU və “ABAD” regionlarda təsərrüfatların təhlili, həyata keçiriləcək layihələrə texnoloq və ekspert qismində dəstək, ATU tələbələrinin “ABAD” layihələrində təcrübə keçməsi və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.