ADA -da magistr olmaq istəyənlərin nəzərinə! | Təhsil Elanları
ADA -da magistr olmaq istəyənlərin nəzərinə!
Bölmə:Magistratura 2299 dəfə oxunub
01.10.2014

ADA Universitetində magistraturaya sənəd qəbulu başlanıb

2015-2016-cı tədris ilində ADA Universitetində Diplomatiya və beynəlxalq münasibətlər, İctimai siyasət, Biznesin idarəedilməsi (MBA) və Executive MBA proqramlarına qəbul aparılacaq.
ADA Universitetinin magistratura proqramları iki illikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər.
Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında 100%-lik yaxud qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq təhsil haqqının ödənməsi üçün uzunmüddətli aşağı faizli təhsil kreditləri də təklif edir.
Bununla yanaşı, ADA Universitetinin Niderland Krallığı Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Executive MBA proqramına da sənəd qəbulu başlanmışdır. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olanlar peşəkarlar üçün nəzərdə tutulmuşdur. Proqramın sonunda, məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.
Qeyd edək ki, hal-hazırda ADA Universitetinin tədris proqramlarında Azərbaycanlı tələbələrlə yanaşı dünyanın 32 ölkəsindən 61 tələbə təhsil alır. Tələbələr aktiv tələbə həyatının bir hissəsi olaraq müxtəlif layihələrdə iştirak etmək, tələbə klubları yaratmaq və beynəlxalq konfranslarda iştirak etmək şansı qazanırlar.
Maraqlanan namizədlər elektron ərizə forması ilə birbaşa ADA Universitetinə müraciət edə bilərlər. Sənəd qəbulu 1 aprel, 2015-ci il tarixinə qədər aparılacaqdır.
Əlavə məlumat üçün: www.ada.edu.az; +994 12 437 08 30; admissions@ada.edu.az