İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır – VAKANSİYA | Təhsil Elanları
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır – VAKANSİYA
Bölmə:İş Elanları 2600 dəfə oxunub
22.12.2016

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  Mingəçevir və Yevlaxda mühasib vəzifəsinə vakant yerlər elan edir.Fins.az-ın məlumatına görə,ali təhsilli, müvafiq sahə üzrə azı 3 il iş stajı olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi dekabr ayının 31-dir.

Vakansiya haqqında məlumat: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Tələblər:

  •          Regional bölmədə mühasibat uçotunu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulmasının təşkili;
  •          Regional bölmədə mühasibat uçotu və hesabatı işlərinə metodiki nəzarətin həyata keçirilməsi;
  •          Regional bölmənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatlarının hazırlanması;
  •          Regional bölmədə səhiyyə qurumlarından mühasibat balansı və digər hesabatların qəbul edilməsi və icmal hesabatları (statistik, vergi, məcburi dövlət sosial sığortası və s.) Agentliyin Mərkəzi aparatına təqdim edilməsi;
  •          Bank əməliyyatlarının həyata keçirilməsi;
  •          Əsas vəsaitlərin, azqiymətli və tez köhnələn əşyaların uçotu və inventarizasiyası;
  •          Əmək haqqının qanunvericiliyə müvafiq olaraq hesablanmasına nəzarət;
  •          Hesablaşmaların (əmək haqqı, sair debitor-kreditorlarla və s.) həyata keçirilməsi;
  •          Regional bölməyə daxil olan müraciətlərin araşdırılması;
  •          Ali təhsil, müvafiq sahə üzrə azı 3 il iş stajı.

Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə hr@its.gov.az ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006

Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.