Tələbələr iki aydır təqaüdlərini ala bilmir | Təhsil Elanları
Tələbələr iki aydır təqaüdlərini ala bilmir
Bölmə:Xəbərlər 592 dəfə oxunub
20.12.2016

Məsələ ilə bağlı Maliyyə Nazirliyinə göndərilən sorğu cavabsız qalıb
Azərbaycan Texniki Universitetinin tələbələri təqaüdlərini ala bilmir. Bu barədə adı çəkilən universitetin tələbələri məlumat veriblər.
 
Məlumata görə, noyabr və dekabr aylarının təqaüdləri verilmir.
 
Məsələ ilə bağlı Azərbaycan Texniki Universiteti ilə əlaqə saxladıq. Universtitetin mətbuat katibi Nicat Abdullayev bildirdi ki, problemlə bağlı müvafiq qurumlara müraciət edilib: “Tələbələrin təqaüdləri universitet büdcəsindən asılı olmadığı üçün bu məsələnin univeristetlə əlaqəsi yoxdur. Təqaüdlər dövlət büdcəsindən verilir. Ali təhsil müəssisəsinin buna hər hansı bir təsir etmək mexanizmi yoxdur. Biz sadəcə təqaüd alacaq tələbələrin siyahısını müvafiq orqanlara təqdim edirik. Dövlət büdcəsindən tələbələr üçün ayrılan hesaba vəsait köçürülür.
 
Biz universitet olaraq istəyirik tələbələr təqaüdlərini vaxtında alsınlar. Biz bu barədə müraciət etmişik. Ümid edirik yaxın vaxtlarda tələbələr təqüdlərini alacaqlar”.
 
Məsələ ilə bağlı Maliyyə Nazirliyinə göndərilən sorğu cavabsız qalıb. /bizimyol.info