Dövlət İmtahan Mərkəzi TOEFL imtahanı keçirəcək | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi TOEFL imtahanı keçirəcək
Bölmə:Xəbərlər 498 dəfə oxunub
16.12.2016

Dövlət İmtahan Mərkəzində dekabrın 17-də TOEFL imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan dekabrın 17-də DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq və saat 08:00-da başlanacaq.

Bildirək ki, imtahanda iştirak edəcək şəxslər  07:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar, əks halda test mərkəzinə buraxılmayacaqlar.

Linkdə təqdim edilən məlumatla tanış olaraq TOEFL® imtahanına qeydiyyatdan keçə bilərsiniz:http://tqdk.gov.az/exam/toefl/

Növbəti TOEFL® imtahanlarının DİM test mərkəzi tərəfindən aşağıdakı tarixlərdə keçirilməsi nəzərdə tutulur.

14.01.2017

18.02.2017

04.03.2017

15.04.2017

13.05.2017

10.06.2017