Təhsil Nazirliyindən Məleykə Abbaszadənin fikirlərinə MÜNASİBƏT
Bölmə:Təhsil Nazirliyi 893 dəfə oxunub
06.12.2016

Təhsil Nazirliyi Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda IX sinifi bitirən şagirdlərin 30 faizinin sonradan X-XI sinfə keçməməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, hazırda ölkədə icbari təhsil ümumi orta təhsil səviyyəsində, yəni IX sinifdə başa çatır: “Doqquzuncu sinifdən sonra bəzi şagirdlər ali təhsil almaq üçün X-XI siniflərə, bəziləri isə peşə müəssisələrinə üz tuturlar. Eyni zamanda, bəzi ixtisaslar üzrə IX sinif bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul həyata keçirilir. Lakin elə şagirdlər də var ki, ümumiyyətlə, IX sinifdən sonra təhsillərini davam etdirmirlər”.
 
Nazir müavini bu tədris ilindən Azərbaycanda IX və XI sinif şagirdlərinə attestatın verilməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, həm IX, həm də XI sinif şagirdlərinə verilən təhsil sənədlərinin attestat adlandırılması dünya praktikasına uyğundur. Ümumi orta və tam orta təhsil alanlara attestatın verilməsinin daha düzgün olduğunu söyləyən C. Bayramov qeyd edib ki, təhsil sənədlərində digər dəyişikliklər də edilib: “Belə ki, attestatda şagirdin yalnız bu və ya digər fəndən keçdiyi qiymətlə yanaşı, onların hansısa təmayüllü və yaxud adi sinif üzrə aldıqları qiymətlərdə yazılacaq. Eyni zamanda, yeni attestat formalarında buraxılış və illik qiymətlərin göstərilməsinə imkan yaradılıb. Hesab edirik ki, bu sənəd daha ətraflı məlumat verməyə zəmin yaradır”.