Dövlət qulluğu imtahanına necə hazırlaşmalı? – ÜSULLAR | Təhsil Elanları
Dövlət qulluğu imtahanına necə hazırlaşmalı? – ÜSULLAR
Bölmə:Dövlət qulluğu 7113 dəfə oxunub
02.12.2016

Hər işə başlamazdan əvvəl prinsip olaraq müəyyənləşdirilməsi vacib olan amillərdən biri də lazım olan informasiyanı necə? və harada? axtarmalı olduğumuzu bilməkdir.

Aydınır ki,ölkəmizdə dövlət qulluğunda çalışan və çalışmaq istəyən kifayət qədər insan var. Bu dəfə bir çox namizədlər üçün qaranlıq olan bəzi suallara aydınlıq gətirəcəyik. Dövlət qulluğu nədir? Müsabiqəyə necə hazırlaşmalıyam? Proqram və vəsaitlər nələrdən ibarətdir?
Bu günə qədər imtahanlar Azərbaycan Respublikasının Prezdenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılırdı. Yeni qaydalara əsasən isə imtahanlar, TQDK və DQMK birləşməsindən yaranmış Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs tərəfindən keçiriləcək.

Dövlət qulluğuna kecid balı nə qədərdir?

İlk dəfə qulluğa qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. 6 və 7-ci təsnifatlar üzrə keçid balı 70 bal təşkil edir. 5-ci təsnifatda isə bu 75 baldır. Eyni zamanda isə 5-ci təsnifat üzrə 70-75 arası bal toplayan namizədlər 6 və 7-ci təsnifatlar üzrə müsahibə mərhələsinə buraxıla bilər. Ümumilikdə isə test mərhələsi 100 sualdan ibarətdir və heç bir nisbi bal məhdudiyyəti olmadan hər sual 1balla qiymətləndirilir.

İmtahan sualları hansı fəndəndir?

Test imtahanı 4 fənn blokundan ibarət olaraq, aşağıdakı qaydada suallar üzrə bölünür.
1) Dünya görüşü-15 sual (Azərbaycan dili,Azərbaycan tarixi, mədəniyyəti və müasir beynəlxalq münasibətlər,Coğrafiya) program və ədəbiyyat üzrə ətraflı məlumat aşağıdakı linklərdə göstərilmişdir:
http://csc.gov.az/az/downloads/TestPrograms/dunyagorushu5.pdf
http://csc.gov.az/az/downloads/TestPrograms/dunyagorushu6-7.pdf
2) Qanunvericillik-40 sual (Konstitusiya,Dövlət Qulluğu haqqında qanun və digər qanunlar) ətraflı linkdə:
http://csc.gov.az/az/downloads/TestPrograms/Qanunvericlik-5ci%20tesnifat.pdf
http://csc.gov.az/az/downloads/TestPrograms/Qanunvericlik-6-7ci%20tesnifat.pdf

3) Məntiq-30 sual (Fiqur və verbal tapşırıqlar,analogiya görə sözlərin seçilməsi,mətnin təhlili,yaş və iş məsələləri və digər mövzular) ətraflı llinkdə:
http://csc.gov.az/az/downloads/TestPrograms/mentiqmetodikvesait.pdf


4) İnformatika -15 sual (Əməliyyat sistemləri,Microsoft office,Elektron hökümət,elektron imza,İnternet və şəbəkələr və digər mövzular) Ətraflı linkdə:
http://csc.gov.az/az/downloads/TestPrograms/inftexnproqram5.pdf
http://csc.gov.az/az/downloads/TestPrograms/inftexnproqram6-7.pdf

İmtahan suallarını necə tapmaq olar?

Dünya görüşü fənn blokuna daxil olan fənnlər üzrə mövzular 6-11-ci sinif məktəb programın əhatə edir. TQDK tərəfindən nəşr edilmiş abituriyentlər üçün hazırlıq vəsaitlərindən test və nəzəri biliklər üzrə istifadə etmək olar. Əlavə olaraq, imtahanda dünya görüşü üzrə Azərbaycanda son dövrlərdə baş vermiş mühüm hadisələr və həyata keçirilən dövlət siyasəti ilə bağlı test tapşırıqları da salına bilər. Həmçinin dünya və ölkə xəritəsi ilə bağlı suallara da tez-tez rast gəlinə bilər. Hər sualın və balın dəyərli olduğunu nəzərə alaraq xəritə ilə bağlı biliklərinizi təkmilləşdirməyiniz məsləhət görülür. Tarix üzrə ən çox rast gəlinən suallar Azərbaycanda qədim və orta əsr dövlətləri, tarixi mədəniyyət abidələri və müəllifləri, iqtisadiyyatımızda keçid dövrü, Xalq Cümhuriyyəti dövrü, müstəqillik, dirçəliş və müasir dövrə aid digər mövzuları əhatə edir. Hazırlaşarkən bu mövzulara xüsusi diqqət yetirməyiniz məsləhətlidir.

Hansı ədəbiyyatlardan hazırlaşmaq lazımdır?

Qanunvericiliklə bağlı materialları namizədlər Komissiya saytından (csc.gov.az), www.e-qanun.az saytından, həmçinin toplu şəkildə satışda olan hazırlıq kitablarından əldə edə bilərlər.
Məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları quruluşca magistraturaya qəbul üzrə proqramla eynidir.Ədəbiyyat kimi O.Q.Boqomolov-Məntiq məsələləri, T.Oral, Seyidzadə E-Magistraturaya hazırlıq,Məntiq və informatika,həmçinin TQDK vəsaitləri və yuxarıda linklərdə göstərilmiş digər ədəbiyyatlara müraciət edə bilərlər.

Informatika üzrə suallar həmçinin magistr suallarına bənzər tipdədi.Burda əsas üstünlük isə kombinasiyalar,ofis proqramları və praktiki suallardadır. Əlavə olaraq, Azərbaycanda informasiya cəmiyyəti,elektron dövlət, elektron imza və bu sahədə həyata keçirilən dövlət siyasəti ilə bağlı test tapşırıqlarına tez-tez rast gəlinir.Nəzərə alsaq ki, bu mövzular proqrama yeni daxil olub və kifayət qədər material yoxdur.Bu zaman isə namizədlər lazım olan material və digər hüquqi sənədləri www.e-qanun.az saytından əldə edə bilərlər

İmtahana kursa getmədən də hazırlaşmaq olar

Ölkəmizdə dövlət qulluğuna qəbulla bağlı kifayət qədər kurs və yaxud konsultasiya mərkəzləri vardır. Ancaq göründüyü kimi özünə güvənən və müstəqil şəkildə çalışmağı sevən hər bir kəs asanlıqla materialları əldə edərək sərbəst şəkildə hazırlaşa bilərlər.
Müsabiqənin 2-ci mərhələsi olan müsahibə mərhələsində verilə biləcək potensial suallar və izahları ilə növbəti yazımızda tanış ola bilərsiz.

Müəllif: Əsgər Qasımov, iqtisadçı-ekspert