BANM-in yaradılmasının 5 ili tamam oldu | Təhsil Elanları
BANM-in yaradılmasının 5 ili tamam oldu
Bölmə:Xəbərlər 504 dəfə oxunub
29.11.2016

Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 5 ili tamam oldu.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 29 noyabr 2011-ci ildə SOCAR-ın strukturunda yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksək ixtisaslı və geniş dünyagörüşlü mütəxəssislərin hazırlanmasıdır.

2012/2013-cü tədris ilində - BANM-in 11 tələbəsi, 2013/2014-cü tədris ilində 15 tələbə, 2014/2015-ci tədris ilində 16 tələbəsi. 2015/2016-cı tədris ilində isə BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub.

2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərən - 700 bal toplayan 2 tələbə Bakı Ali Neft Məktəbinə qəbul olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub. Məlumat üçün bildirək ki, yeni tədris ilində BANM-də 135 nəfər tələbə qəbulu planı olub. Bu tədris ilində də BANM-in 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb.

Ümumilikdə, 5 il ərzində BANM-in tələbələri sırasında 76 nəfər Prezident təqaüdçüsü var

Yaxın dövrdə Qafqaz regionunun ən böyük kampusu olacaq BANM-in yeni kampusu istifadəyə veriləcək.