Bölmə:Təhsil Nazirliyi 1397 dəfə oxunub
Azərbaycanda həm ümumi orta, həm də tam orta təhsil pilləsini bitirənlərə attestat veriləcək. Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, artıq şəhadətnamə olmayacaq və IX-XI sinfi bitirən şagirdlərə veriləcək sənəd attestat adlanacaq.
Onun sözlərinə görə, şəhadətnamənin ləğv edilərək tam orta və ümumi orta təhsil səviyyələri üzrə yalnız attestatın verilməsi təkmilləşdirmənin nəticəsidir: “Yeni attestatlar əvvəlki təhsil sənədlərindən daha da rahatdır. Attestatların forması və içərisinin məzmunu dəyişilib. Sənədin məzmunu daha səlis və rahat formada yazılacaq. Təhsil sənədlərində bu kimi dəyişikliklərin edilməsinin gələcəkdə vahid imtahanın tətbiq olunmasına heç bir aidiyyatı yoxdur”.