“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır” – Nazir | Təhsil Elanları
“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır” – Nazir
Bölmə:Təhsil Nazirliyi 636 dəfə oxunub
28.11.2016

“Azərbaycanın orta məktəblərində 90 min şagird rus dilində təhsil alır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov “Təhsil, elm və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. O bildirib ki, rus dilinin Azərbaycanda öyrənilməsi multikulturalizm prinsipinə əsaslanır.
“Bu gün 340 orta məktəbdə 90 min şagird rus dilində təhsil alır. 450 mindən çox şagird isə rus dilini xarici dil kimi öyrənir” – deyə nazir qeyd edib.