Tələbələrin Diqqətinə - Vakansiya! | Təhsil Elanları
Tələbələrin Diqqətinə - Vakansiya!
Bölmə:İş Elanları 3394 dəfə oxunub
16.11.2016

“Retail Group Azərbaycan” - Satış konsultantı” (yarım ştat) vəzifəsi üzrə iş elanını təqdim edir:

Gözləntilər:
• Azərbaycan dili mükəmməl, rus və ingilis dili orta danışıq səviyyəsində olmalı;
• Ünsiyyətə açıq, xoşgörünüşlü, çevik, stersədavamlı olmalı;
• Satış texnikalarını bilməli;

Vəzifə öhdəlikləri :
• Mağazaya daxil olan müştəriləri qarşılamaq;
• Müştərilərin suallarını cavablandırmaq, tələblərini araşdırmaq, satışı həyata keçirtmək;
• Çalışdığı mağazannın daim səliqəli görünüşünü təmin etmək;

Əmək haqqı və iş şərtləri

• İşə qəbul Azərbaycan Respublikasının Əmək qanunvericiliyinə müvafiq tam rəsmi qaydada aparılır.
• Həftədə 5 iş günü (20 saat), yarım ştat (4 saatlıq dəyişən növbəli)
• Əmək haqqı aylıq vəzifə maaşıdan və satışdan qazanılmış bonuslardan ibarətdir.

“Retail Group Azərbaycan” beynalxalq “Alhokair Fashion Retail”  şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir. Pərakəndə geyim satışı sektorunda bazar lider şirkətlərdən olmaqla yanaşı “Retail Group Azərbaycan”, 400-dən çox əməkdaşı ilə Azərbayacanda 25 mağazasında tanınmış ZARA, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius, ALDO, ALDO accessories, Charles & Keith, GAP, La SENZA, New Look, , TAPE A LOEIL, Ziddy, Sergent Major, Primadonna, La Vie en Rose, Call It Spring və s. kimi dünya brendləri ilə müştərilərimizə xidmət göstərməkdədir.

Qeyd: Uyğun namizədlər anketlərini hr.az@retailgroups.com mail ünvanına “Satış konsultantı” Yarım ştat başlıqı ilə göndərə bilərlər.