Bölmə:Elanlar 1548 dəfə oxunub
Gənc kredit mütəxəssislərinin hazırlanması proqramı bankın peşakar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak etmək, bankın mütəxəssiləri ilə birlikdə mikrokreditləşmə sahəsində real təcrübə qazanmaq və gələcəkdə bankda karyera qurmaq imkanları verir.
Gənc kredit mütəxəssislərinin (Mikro kreditləri üzrə) hazırlanması proqramı Bakı, Masallı, Quba, Xaçmaz, Şəki və Şəmkir bölgələrini əhatə edir.
Bu proqramının iştirakçıları aşağıdakı mövzular üzrə bilik və bacarıqlar əldə edəcəklər:
- Biznes etikası anlayışı
- Müştəri xidmətləri prinsipləri və müştərilərlə iş
- Bank məhsulları və onların satış prinsipləri
- Kredit müraciətlərinin qəbulu və onların dəyərləndirilməsi
- Biznes ünvanına vizit və biznesin analizi,
- Maliyyə təhlillərinin aparılması
- Verilmiş kreditlərə nəzarət, monitorinq və təqib
Namizədlərə olan tələblər:
- Ali təhsil
- Yaxşı riyazi biliklər və məntiq
- Ünsiyyət qurma və komandada işləmək bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
- Məqsədəyönümlü, təşəbbüskar və aktiv iş tərzinə üstünlük verən namizədlərə üstünlük verilir
Proqramda müvəffəqiyyətlə iştirak etmiş və müsbət nəticələr əldə etmiş namizədlərə proqramın sonunda Rabitəbank ASC tərəfindən sertifikat təqdim ediləcəkdir.
Gənc kredit işçilərinin inkişafı proqramında iştirak etmək istəyən namizədlər career@rabitabank.com elektron ünvanına, e-mail mövzusu hissəsində "Mikro kreditləri üzrə təcrübə" qeyd edərək CV-lərini göndərə bilərlər.
Qeyd: Bu proqramda yalnız qeyd olunan bölgələrdə (Bakı, Masallı, Quba, Xaçmaz, Şəki və Şəmkir) yaşayan namizədlər iştirak edə bilərlər.