Bölmə:Dövlət qulluğu 6118 dəfə oxunub
Dövlət Qulluğuna imtahanlar 2017-ci ilin yanvarından etibarən gerçəkləşdiriləcək.
Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.
Qurumdan imtahanların ertələnməsinin səbəbi də açıqlanıb:
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilməsi və səlahiyyətlərinin Dövlət İmtahan Mərkəzinə verilməsi səbəbindən yeni qurum yanvar ayında fəaliyyətə başlayacaq. Dövlət Qulluğuna imtahanlar da 2017-ci ilin yanvarından etibarən gerçəkləşdiriləcək”.
Qeyd edək ki, artıq 3 aydır dövlət qulluğuna hazırlaşanların maraqla gözlədiyi imtahanların keçirilməsində fasilə yaranıb. Qanuna edilmiş əlavə və dəyişikliyə əsasən, imtahanlar ayda bir dəfədən az olmayaraq keçirilməlidir.