Müəllimlərin əməkhaqları niyə gecikir? | Təhsil Elanları
Müəllimlərin əməkhaqları niyə gecikir?
Bölmə:Təhsil Nazirliyi 1674 dəfə oxunub
11.11.2016

Bakı şəhəri üzrə Təhsil İdarəsi bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb.

BŞTİ-dən APA-ya bildirilib ki, maaşların gecikməsinin səbəbi yeni dərs ilində (2016-2017-ci tədris ili) sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi ilə əlaqədardır.

Emal prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları onların bank hesablarına köçürülüb.

Digər müəllimlərin əməkhaqları isə növbəti iki gün ərzində onların bank hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, paytaxt müəllimləri gələn həftədən əmək haqlarını tam şəkildə əldə edə biləcəklər.