Sosial İş Sahəsində Məqalələr Üçün Elan! | Təhsil Elanları
Sosial İş Sahəsində Məqalələr Üçün Elan!
Bölmə:Elanlar 1286 dəfə oxunub
06.11.2016

Sosial İş Sahəsində Məqalələr Üçün Elan!

Azərbaycan Sosial İş İctimai Birliyi (AZSİİB) xəbər büllüteni üçün sosial iş sahəsində məqalələrin qəbulunu elan edir. Məqalələr bu mövzular ətrafında olmalıdır: uşaqlar, gənclər, yeniyetmələr, yaşlı insanlar, ahıllar, əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər, etnik qruplar, qadınlar, erkən nikahlar, icma inkişafı, yoxsulluq, ucqar yerlərin inkişafı, müəssisədə yaşayan uşaqlar, böyük və psixi sağlamlığında problemləri olan qruplar, keçmiş və indiki məhbuslar, HİV/QİÇS ilə mübarizə aparan insanlar və digər qruplar və sosial problemlər.

Məqalələr 1050 sözdən çox olmamalıdır. Məqalələrin aşağıdakı hissələri olmalıdır. Məqalələr AZSİİB-in redaktorlar qrupu tərəfindən çap üçün dəyərləndiriləcək və uğurlu seçilən məqalələr çap olunacaqdır. Aşağıdakı meyarlardan kənar olan məqalələr isə qəbul olunmayacaq.

Məqalələr azsosialis@gmail.com ünvanına 30 Noyabr 2016-cı il tarixinə qədər göndərilməlidir.

Məqalənin formatı

1. Qısa abstrak – 50 söz – Burda məqalənin məqsədi, istifadə olunan metodologiya, əldə olunan nəticələr və təkliflər 50 söz ilə təsvir olunur.

2. Giriş – 150 söz a) Hansı mövzudan danışılacaq b) Mövzu niyə vacibdir c) Məhz bu məqalə niyə vacibdir d) Məqalə ictimaiyyətə, cəmiyyətə və ya bu sahədə olan ədəbiyyata töhfəsi nə olacaq

3. Ədəbiyyat və ya əvvəlki tədqiqatlar – 400 söz a) Ümumiyyətlə bu haqda elmi jurnallarda və ya ədəbiyyatda nə yazılıb b) Bu haqda necə yazılıb

4. Metodologiya – 100 söz – Bu hissədə məqalənin yazılmasında hansı metodologiyadan istifadə olunub. Metodologiya mütləq aşağıdakılardan biri və ya bir neçəsinin qarışığı ola bilər. Niyə bu metod və ya metodlar seçilib? Bu hissədə metodologiyanı dəqiq təsvir etmək lazımdır. a) Bu keyfiyyət (qualitative) tədqiqatın nəticəsidir b) Bu kəmiyyət (quantitative) tədqiqatın nəticəsidir c) Bu keys study-dir d) Bu mövqe bildirən məqalədir (position paper) e) Digər – dəqiqliklə təsvir olunmalıdır.

5. Nəticələr – 200 söz – Burda aparılan tədqiqat nəticəsində hansı nəticələr əldə olunub onları dəqiq və qısa şəkildə göstərmək lazımdır.

6. Xülasə - 100 söz – Məqalə nə demək istəyiri, nə dedi, nə təklif elədi və hansı işlərin görülməsi lazımdır.

7. İstifadə olunan mənbələr (1050) sözə daxil deyil. Burda məqalə yazarkən xüsusilə də ədəbiyyat hissəsində istifadə etdiyiniz bütün mənbələr siyahı şəkilində əlifba sıralaması ilə dəqiqliklə göstərilməlidir. Mənbələr belə göstərilməlidir: a) Müəllifin adı, il, məqalənin və ya sənədin adı, çap olunan elmi jurnalın və ya qurumun adı, çap olunan yer, çap edən qurum, səhifəsi varsa səhifələr. Misal aşağıda verilmişdir.

Mənbəni göstərmək üçün misallar:

1. Elmi sənədlər belə göstərilməlidir : Butler, A. C., & Kuraeva, L. G. (2001). Russian family policy in transition: Implications for families and professionals. Social Service Review, 75(2), 195–224. doi:10.1086/322206

2. Təşkilati sənədlər isə belə göstərilməlidir: UNICEF. (2011). Study for mid-term review of the state program on deinstitutionalization and alternative care in Azerbaijan (Final report). Retrieved from http://www.unicef.org/evaluation/files/Mid_Term_review_of_the_State_Programme_On_Deinstit utionalization_and_Alternative_Care_in_Azerbaijan_2011(1).pdf World Bank. (2016). Digital dividends (World Development report 102725). Retrieved from http://www-wds.worldbank.org/external/default/ WDSContentServer/WDSP/IB/2016/01/13/090224b08405ea05/2_0/Rendered/PDF/World0develo pm0000digital0dividends.pdf

ƏTRAFLI MƏLUMAT