Müəllimlər imtahan verəcək | Təhsil Elanları
Müəllimlər imtahan verəcək
Bölmə:Təhsil Nazirliyi 1804 dəfə oxunub
03.11.2016

Cari ilin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olunan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə götürülən müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaqlar.

Reyting.az saytı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadla xəbər verir ki, diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdir.

Qeyd edək ki, cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.