Bu universitetlərin rektorları dəyişdiriləcək | Təhsil Elanları
Bu universitetlərin rektorları dəyişdiriləcək
Bölmə:Xəbərlər 1333 dəfə oxunub
25.10.2016

Yaxın aylarda özəl universitetlərin rektorlarının dəyişdirilməsi gözlənilir 

İllərdir özləri qoyduğu qaydalarla işləyən və milyonlar qazanaraq təhsilin səviyyəsini düşünməyən özəl universitet rektorları ilə bağlı yuxarı instansiyalara ciddi şikayətlər göndərilir.

Mediafax.Az-a daxil olan məlumata görə, əksər özəl universitetlərdə ciddi daxili qaydaların qoyulması tələbələri böyük problemlər qarşısında qoyur. Araşdırmalar zamanı bəlli olub ki, özəl universitetlərdə təhsil alan tələbələrin əksəriyyəti imtahanlardan bilərəkdən kəsirə saxlanılır ki, bu da universitet rəhbərliyinin qoyduğu lazımsız qaydalar nəticəsində yaranır.

Diqqət edin: əksər özəl universitetlərdə eyni vəziyyət hökm sürür.

İmtahandan kəsilən tələbə növbəti semestr imtahanlarında əlavə pul ödəməlidir. Üstəlik, yenidən kəsiri olan fənnlə bağlı fərdi şəkildə dərsə qatılmaq məcburiyyətindədir. Bu qarmaqarışıq sistemdə tələbələrin həm pulları gedir, həm də yeni problemlərə yol açılılır. Təsəvvür edin... 

Bir tələbəyə eyni saatda 3 dərs yazılır. Yəni, tələbə eyni vaxtda həm kəsiri olan fənlə bağlı dərslərdə olmalıdır, həm də öz ixtisasının cədvəlinə uyğun dərsdə iştirak etməlidir. Bu, necə baş verə bilər? Bir tələbə eyni saatda 3 dərsdə necə ola bilər? Bu suala cavab birmənalı olaraq yoxdur. Belə olan təqdirdə, tələbə bir dərsdə olur, digər dərsdə iştirak etmədiyi üçün qayib alır. Və semestr sonunda qayiblərinə görə, pul ödəyir ki, silinsin. Bunula da növbəti kəsirlər yaranır, yenidən tələbəyə pullu dərs saatı yazılır, imtahandan qiymət almaq üçün müəllimlə bazarlığın qiyməti 200-300 manata qalxır...

Bu vəziyyət hazırda "Qərb", "Odlar Yurdu", "Xəzər", "Asiya", "Təfəkkür" universitetlərində hökm sürür. Elə bu səsəblər də sözügedən universitetlərin rektorlarının fəaliyyəti sual altına düşüb. Onların tətbiq etdiyi qaydalar hansı ölkənin təhsil sistemindən götürülüb? Yaxud bu sistem Azərbaycan təhsilinə hansı töhfələr verir? 

Sonda qeyd edək ki, artıq Təfəkkür universitetində rektor dəyişikliyi baş verirb. Müşviq Atakişiyev vəzifədən uzaqlaşdırılıb. Digər rektorları da eyni aqibət gözləyir...