Bölmə:Xəbərlər 339 dəfə oxunub
İqtisad Universitetinin (UNEC) müəllim və tələbələrinin layihələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsinin qalibi olub.
Qeyd edək ki, TagWishes layihəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC, UNEC və İnnovativ Biznes-İnkubatorun (İBİ) birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilən “Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qalibi, Misgar.az layihəsi ilə müsabiqənin finalçısı olub.
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.
Biznes ideya müsabiqəsinin davamı olaraq qalib və finalçılar startap kimi İBİ-nin inkubasiya proqramına qoşulublar.