Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınıb | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınıb
Bölmə:Xəbərlər 1652 dəfə oxunub
21.10.2016

Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

APA-nın xəbərinə görə, DİM-in yeni saytı –dim.gov.az da istifadəyə verilib. DİM-dən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.