ADA Universiteti digər universitet tələbələrini tanışlıq gününə dəvət edir | Təhsil Elanları
ADA Universiteti digər universitet tələbələrini tanışlıq gününə dəvət edir
Bölmə:Xəbərlər 812 dəfə oxunub
17.10.2016

Əziz 3-cü və 4-cü kurs tələbələri !

ADA Universiteti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə 26 Oktyabr, saat 11:00 və 15:00-da 3-cü və 4-cü kursda təhsil alan tələbələr üçün ADA Universitetinin tanışlıq günü keçiriləcək. Siz bu tədbirdə iştirak etməklə, ADA Universiteti, əsasən də magistratura pilləsində təhsil almaqla bağlı ətraflı məlumat əldə edə biləcəksiniz. ADA-nın inzibati binası, sinif otaqları, kitabxanası ilə yaxından tanış olmaq şansı qazanacaqsınız və sizi maraqlandıran digər suallarınıza cavab tapa biləcəksiniz.

İştirak etmək üçün qeydiyyatdan keçin ( goo.gl/j6cKZX ). Yerlər məhduddur.