Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Buradan öyrənin | Təhsil Elanları
Xaricə çıxışınıza "STOP" qoyulubmu? — Buradan öyrənin
Bölmə:Xəbərlər 4026 dəfə oxunub
16.10.2016

Azərbaycan vətəndaşları ölkədən xaricə çıxışlarına qadağa qoyulub-qoyulmadığını asanlıqla öyrənə biləcəklər.

Tehsil.im-in Fins.az-a istinadən xəbər verir ki, bu, Ədliyyə Nazirliyinin istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub.

Yeni xidmət “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi” adlanır.

Bu xidmətdən istifadə edən vətəndaşlar öz şəxsiyyət vəsiqələrinin göstəricilərini daxil etməklə adlarının ölkədən çıxışına qadağa qoyulanlar arasınlda olub-olmadığını öyrənə biləcəklər.

Elektron xidmət pulsuzdur.

Xidmətdən istifadə etmək üçün http://85.132.96.196/WebForms/VVA_13.aspx  linkinə daxil olmaq lazımdır.