FİNCA Azerbaijan-da işləmək imkanı | Təhsil Elanları
FİNCA Azerbaijan-da işləmək imkanı
Bölmə:İş Elanları 1769 dəfə oxunub
24.09.2014

Ali və ya kollec təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır) olmalıdır.

Vəzifə Məlumat Daxiletmə Operatoru(Xaçmaz)

İşəgötürən FINCA Azerbaijan

Məlumat Daxiletmə Operatoru vəzifəsi üçün tələb olunanlar:

Ali və ya kollec təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır);
Microsoft Office proqramlarını (əsasən MS Excel) yaxşı bilmək və sürətli çapetmə bacarığı;
Gərgin iş qrafikində işləmək və vaxtında tapşırıqları yerinə yetirmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, xahiş edirik, öz tərcümeyi-halınızı (CV) 20 Oktyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№607/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Xaçmaz şəhəri N.Nərimanov küç AZ 27 00

Telefon: (023) 325 18 66.

FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.