"Buta Sığorta"da təcrübə imkanı | Təhsil Elanları
"Buta Sığorta"da təcrübə imkanı
Bölmə:İş Elanları 1085 dəfə oxunub
24.09.2014

"Buta Sığorta" ASC 2014-cü ildə tələbələr üçün təşkil etdiyi "Tələbə təcrübə proqramı" davam edir! Seçilmiş namizəd "Buta Sığorta"-da təcrübə keçməklə korporativ mühitdə real iş təcrübəsi, yeni iş vərdişlərinin yaranması, mövcud bilik və bacarıqların təkmilləşdirilməsi, müvafiq təlimlərdə iştirak etmək imkanı əldə edəcək. Qeyd edək ki, sonda tələbələrə sertifikatlar veriləcək. Təcrübə proqramının müddəti tələbənin təcrübə keçdiyi şöbədən asılı olaraq 1-3 ay təşkil edəcək.

Aşağıdakı təcrübə imkanları mövcuddur:

Sığorta hadisələri şöbəsində təcrübə imkanı:

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – Sığorta hadisələri" yazaraq hr@butasigorta.az ünvanına göndərmələri xahiş olunur.

· Namizədlərə olan tələblər:

· Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyətinin olması;

· Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;

· Məsuliyyətli və dəqiq olması;

· Cinsi: xanım.

Katiblik şöbəsində təcrübə imkanı:

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – Katiblik" yazaraq hr@butasigorta.az ünvanına göndərmələri xahiş olunur.

· Namizədlərə olan tələblər:

· Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyətinin olması (İngilis dili arzuolunandır);

· Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;

· Gülərüz, ünsiyyətcil və məsuliyyətli olması;

· Cinsi: xanım.

Müqavilə şöbəsində təcrübə imkanı:

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – Müqavilə" yazaraq hr@butasigorta.az ünvanına göndərmələri xahiş olunur.

· Namizədlərə olan tələblər:

· Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyətinin olması;

· Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;

· Məsuliyyətli və diqqətcil olması;

· Cinsi: xanım.

Agent və filial şəbəkəsinin inkişafı şöbəsində təcrübə imkanı:

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – Agent və filial şəbəkəsinin inkişafı" yazaraq hr@butasigorta.az ünvanına göndərmələri xahiş olunur.

· Namizədlərə olan tələblər:

· Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyətinin olması (İngilis dili arzuolunandır);

· Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;

· Gülərüz, ünsiyyətcil və məsuliyyətli olması;

· Cinsi: xanım.

Mühasibat şöbəsində təcrübə imkanı:

Təcrübə keçmək istəyən şəxslərin "CV"-lərini "Subject" başlığına "Tələbə Təcrübə Proqramı – Mühasibat" yazaraq hr@butasigorta.az ünvanına göndərmələri xahiş olunur.

· Namizədlərə olan tələblər:

· Kompüter və ofis texnikasından sərbəst istifadə bacarığının olması;

· Məsuliyyətli, dəqiq və aktiv olması.