Green Card Nədir? | Təhsil Elanları
Green Card Nədir?
Bölmə:Xaricdə Təhsil 2463 dəfə oxunub
02.10.2016

Green Card Nədir?

ABŞ Konqresi tərəfindən yaradılmış “Diversity Immigrant Visa” – viza “DV” Proqramı (Müxtəlif millətlərin immiqrantları üçün vizalar) hər il ABŞ-ın Dövlət Departamenti tərəfindən həyata keçirilir və İmmiqrasiya və Vətəndaşlıq haqqında Qanuna (INA) uyğun olaraq aparılır. Proqram ABŞ-a aşağı immiqrasiya səviyyəsinə malik ölkələrin vətəndaşları üçün hər il 55000-dək viza təqdim etməyi nəzərə alır.

Üstünlükləri:

  1. Green card sahibinin həyat yoldaşı və 21 yaşın altındakı övladları da Amerikada yaşamaq haqqı əldə edirlər.
  2. Green card sahibi Amerikada seçmək və seçilmək hüququndan başqa bütün hüquqlara sahibdir.
  3. Green card sahibləri Amerikada işləyə və şirkət qura bilərlər.
  4. Green card sahibləri Amerikanın təhsil müəssisələrində güzəştli təhsil almaq və dövlətin verdiyi təqaüdlərdən istifadə etmək imkanına sahibdirlər.

Tələbələr üçün:

Amerikanın dövlət universitetlərində green cardla təhsil alan tələbələrinə 80%-ə qədər endirim oluna bilər. Green card sahibinin dövlətdən təqaüd almaq imkanı digər tələbələrdən daha yüksəkdir. Green card sahibləri həm təhsil ala, həm də işləyə bilərlər.

Müraciət şərtləri:

  1. Green card sahibi olmaq istəyənlər, müraciət edə biləcəkləri ölkələrdən birinin vətəndaşı olmalıdırlar.
  2. Müraciət edən şəxslər ən az orta təhsilli olmalıdırlar. Əgər orta təhsili yoxdursa son 5 il içində təcrübə, təhsil və mütəxəssislik tələb olunan bir işdə 2 il işləməlidir.
  3. Yaş məhdudiyyəti olmamaqla birlikdə 18 yaşdan yuxarı hər bir kəs bu proqrama müraciət edə bilər.
  4. İştirakçının ingilis dilini bilməyinə ehtiyac yoxdur.
  5. Yalnız internet üzərindən olub poçt vasitəsi ilə olan müraciətlərə baxılmayacaq.
  6. Evli şəxslər həm öz, həm də yoldaşları adına müraciət edərlərsə şansları daha da artmış olar.
  7. Green card proqramında qalib gələn şəxslər Amerikaya getmək və orada qalmaq məcburiyyətində deyil. Ancaq green card haqqını itirməməsi üçün green card vizasını aldıqdan sonra 6 ay müddətində 1 dəfə, sonrakı illərdə isə ildə 1 dəfə Amerikaya getməlidir.

Şəkil üçün tələblər:

  1. Bütün ailə üzvlərinin şəkilləri çəkilərək elektron formada təqdim edilməlidir.
  2. Şəkillər 5×5 ölçüdə, ağ fonda və son 6 ay ərzində çəkilmiş olmalıdır.
  3. Şəkillər üzərində photoshop proqramı vasitəsilə düzəliş etmək qadağandır.