Bank Of Baku-dan UNEC Tələbəri üçün Təqaüd Proqramı! | Təhsil Elanları
Bank Of Baku-dan UNEC Tələbəri üçün Təqaüd Proqramı!
Bölmə:Təqaüdlər 1417 dəfə oxunub
01.10.2016

Bank of Baku böyük məmnuniyyət hissi ilə 2016/2017-ci tədris ili üzrə UNEC tələbələri üçün Tələbə Təqaüd Proqramını elan edir!

Bank of Baku, korporativ dəyərlərinə sadiq qalaraq ali təhsil müəssisələrinin və tələbələrin fəaliyyətinin dəstəklənməsini sosial fəaliyyət strategiyasının əsas tərkib hissəsinə daxil edir. Bankımız Azərbaycanda bir sıra sosial və təhsil layihələrinin həyata keçirilməsində birbaşa iştirak etmişdir. Bu təşəbbüslərdən biri olaraq Bank of Baku uzun illərdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetin tələbələri hər il bankdan təqaüd alırlar və eyni zamanda, təcrübə keçərək praktiki bacarıqlar əldə edirlər.

Proqrama kimlər müraciət edə bilər:
– İqtisadi istiqamətli ixtisaslar üzrə təhsil alan tələbələr
– 4-cü kurs tələbələri
– Akademik orta balı 70 və daha yüksək olan şəxslər

Proqramdan əldə edəcəkləriniz:
– Təhsil müddətinin sonunadək aylıq 100 AZN təqaüd
– Bankda təcrübə keçmək imkanı
– Bankın tədbir, layihə və təlimlərində iştirak etmək imkanı
– Gələcəkdə bankda karyera qurmaq imkanı

Müraciət qaydaları
Proqrama müraciət etmək üçün ərizə formasını (https://goo.gl/tTVe98) dolduraraq və transkripti (qiymətlər üzrə çıxarış) əlavə edərək 16 oktyabr 2016-cı il tarixindək hr@bankofbaku.com ünvanına göndərmək lazımdır. Məktubu göndərərkən mövzu/subject hissəsində “Təqaüd UNEC” yazmaq mütləqdir!