Hoteldə Satış Agenti | Təhsil Elanları
Hoteldə Satış Agenti
Bölmə:İş Elanları 1079 dəfə oxunub
23.09.2014

İşə götürən: Qafqaz Baku City Hotel and Residences

Vəzifə: Satış Agenti

İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 25-35, kişi
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirir.
- Müştərilərlə kommersiya danışıqları aparır.
- Müştərilərin sifarişlərini qəbul edərək nəzərdən keçirir və lazımi sənədləri rəsmiləşdirir.
- Təsdiq edilmiş satışa həvəsləndirmə proqramlarına uyğun olaraq müştəriləri şirkətlə əməkdaşlığa həvəsləndirir.
- Aylıq satış planları tərtib edir.
- Satış üzrə hesabat aparır.
- Satış şöbəsinin fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi və həyata keçirilməsində iştirak edir.
- Müştəri bazası yaradır.
- Bağlanılmış müqavilələr üzrə alıcılar tərəfindən ödənişlərin edilməsinə nəzarət edir.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
- Ali təhsil;
- İş təcrübəsi: otel sahəsində ən azı 1 il iş təcrübəsi;
- Dil bacarıqları: Azərbaycan, rus, ingilis
- Kompüter biliyi: Microsoft Office proqram təminatı,Excel, Word
- Sürücülük vəsiqəsi
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) hr@qafqazcityhotel.com elektron poçt ünvanına göndərə bilərlər