Turizm şirkəti işçi axtarır! | Təhsil Elanları
Turizm şirkəti işçi axtarır!
Bölmə:İş Elanları 2505 dəfə oxunub
23.09.2016

YES TRAVEL TURİZM ŞİRKƏTİNƏ TUR MENECER VƏZİFƏSİNƏ VAKANSİYA ELAN EDİLİR:

İrəli sürülən tələblər:
- Azərbaycan coğrafiyasını çox yaxşı bilməli
- Excel proqramında qiymət cədvəli və turları hazırlamağı bacarmalı
- Komandada işləmək qabiliyyəti
- Azərbaycan və İngilis dili biliyi əla səviyyədə olmalı (əlavə dil bilgisi üstünlükdür)
- Aktiv, cəld hərəkət etməyi və tez qərar verməyi bacaran olmalı, özünə inamlı olmalıdır
- Qrupları idarə etməyi və nəzarətdə saxlamağı bacarmalı, istiqamətləndirməyi bilməlidir
Öhdəliklər:
-Turların təşkili və həyata keçirilməsi
- Xaricidaxili partnyorlar ilə əlaqələr qurmaq
- Müştərilərdən gələn sorğuların vaxtında cavablandırılması
- Təşkil olunmuş turlara nəzarət
- Turların tam qaydasında, vaxtında həyata keçirilməsi
Əldə edəcəkləriniz: 
- Rəsmi əmək müqaviləsi, əmək kitabçası
- Satışdan əldə edilmiş mənfəətin 10%-i məbləğində əmək haqqı
- Sınaq müddətindən sonra əmək haqqı: 300 AZN Maaş + Aylıq bonus (mənfəətin 10%-i) 
- Sınaq müddəti: 3 ay (sınaq müddəti ərzində şəxsi ehtiyaclar üçün məvacib ödəniləcək)
- Karyera yüksəlişi perspektivi
- Qoyulmuş hədəflərin nailiyyətinə görə mükafatlandırma (bonus)
İş qrafiki: 
Xarici turist qruplarının gəlmə qrafikinə əsasən iş saatları və günləri fərqli olacaqdır. 
Qruplar olmadığı günlərdə isə: 
Həftə içi: 10:00-19:00, 
Şənbə günü: 11:00-15:00, 
Bazar günü: istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (namizədin fotosunun olması mütləqdir) director@yestravel.az elektron ünvanına başlıq yerində "Tur Menecer tehsil.im" qeyd etməklə göndərə bilərlər. Yalnız tələblərə cavab verən şəxslər müsahibəyə çağırılacaqlar.