3 ali məktəbin akkreditasiyanın müddəti başa çatıb - ÖZƏL | Təhsil Elanları
3 ali məktəbin akkreditasiyanın müddəti başa çatıb - ÖZƏL
Bölmə:Xəbərlər 1196 dəfə oxunub
23.09.2016

Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti, Bakı Biznes və Naxçıvan Özəl universitetlərinin akkreditasiya müddəti başa çatıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu ali təhsil müəssisələrinin yenidən akkreditasiyadan keçirilməsi üçün Təhsil Nazirliyində müvafiq Akkreditasiya komissiyaları yaradılıb. Həmin komissiyalar sözügedən müəssisələrdə təhsil prosesinin təşkilinin, onların maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının qəbul olunmış dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə təhlillər aparacaqlar.

Komissiyaların yekun arayışı Akkreditasiya Şurasında müzakirə olunacaq və təhsil müəssisəsinin statusunu müəyyənləşdirməklə onun tam şəkildə və ya ayrı-ayrı təhsil proqramları üzrə akkreditasiyadan keçib-keçməməsi barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, ali təhsil müəssisələri yalnız müvafiq dövlət standartlarının tələbləri çərçivəsində akkreditasiyadan keçdikdən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərə bilərlər.